NeoCard Layihəsi
Trenders Agentliyində çalışarkən, Bank Respublika-nın NeoCard layihəsinin Project Manageri kimi sosial media kommunikasiyasının hazırlanması, rəqəmsal strategiyanın qurulması və kampaniyaların icrası proseslərinə rəhbərlik etmişəm.
Layihənin əsas məqsədi NeoCard-ın bazarda uğurlu mövqeləndirilməsi, istifadəçi cəlbi və müştəri sadiqliyinin artırılması olub. Trenders və Bank Respublika arasındakı əməkdaşlıq çərçivəsində, NeoCard-ın brend identifikasiyasını gücləndirmək və geniş auditoriya üçün cəlbedici kampaniyalar hazırlamaq üzərində çalışmışam.



Mobil tətbiqdən istifadə üçün video kontent strategiyası – NeoCard-ın mobil tətbiqi və üstünlüklərini tanıtmaq məqsədilə YouTube və digər platformalar üçün müxtəlif formatlarda videolar hazırlanmışdır. Buraya mobil tətbiqin funksionallığını, istifadə rahatlığını və NeoCard-ın əsas fərqləndirici xüsusiyyətlərini vurğulayan video məzmunlar daxildir.
Bu layihə çərçivəsində görülən işlər NeoCard brendinin bazarda güclü mövqeyə sahib olmasına, istifadəçi bazasının genişlənməsinə və məhsulun rəqəmsal platformalarda effektiv tanıtımına mühüm töhfə vermişdir.
Leave a Reply