PMD Hospitality ilə əməkdaşlıq
Turizm sektoru təkcə bir sənaye deyil – bu, təcrübələr yaratmaq və hisslər oyatmaq üçün ən vacib sahələrdən biridir. Bu sahədə otel və qonaqpərvərlik brendləri üçün sosial media strategiyaları qurmaq, maraqlı çəkişkilər planlamaq və mövsümə uyğun trendlər yaratmaq mənim işimin ayrılmaz hissəsidir.
Trenders Agencyə gətirdiyim PMD Hospitality layihələri üzrə uzunmüddətli əməkdaşlığımız çərçivəsində 10-dan çox premium otel və kurort layihəsinin sosial media marketinq strategiyasını formalaşdırmış, sosial media kommunikasiyasını idarə etmiş və brend strategiyasını qurmuşam.
Bu prosesdə yalnız strategiya hazırlamaqla kifayətlənməyərək, eyni zamanda komandaları idarə etmiş və PMD Hospitality-nin marketinq komandası ilə birgə prosesləri koordinasiya etmişəm. Birgə əməkdaşlıq çərçivəsində brendin rəqəmsal mövqeləndirilməsini gücləndirmək, hədəf auditoriya ilə effektiv ünsiyyət qurmaq və genişmiqyaslı sosial media strategiyaları həyata keçirmək üzərində çalışmışıq.
Eyni zamanda, Azərbaycanın unikal təbiətini və sağlamlıq turizmi potensialını qlobal miqyasda tanıtmaq məqsədilə innovativ yanaşmalar tətbiq edərək dayanıqlı və nəticəyönümlü marketinq həlləri yaratmışam.
Leave a Reply