10+ illik təcrübə mənə çox şeyi öyrətdi bu illər ərzində.
Mən Şəbnəm Bağırzadə – marketinq strategiyası, brendinq və rəqəmsal təsir sahəsində çalışıram. Mənim üçün marketinq sadəcə reklam deyil, brendin səsi, vizionu və hissidir. Marketinq, strategiya, agentlik, xidmət və ya komanda quruculuğu — hamısı maraqlıdır, amma həqiqət budur ki, liderlik sadəcə bilik və vəzifə deyil, istiqamət vermək və dəyişiklik yaratmaqdır.
Marketinq sahəsində 10 ildən çox, marketinq agentliyi idarəçiliyində isə 5 illik təcrübəm var. Bu müddət ərzində yüksək performanslı komandalar qurmuş, strateji inkişafı yönləndirmiş və innovativ həllər təqdim etmişəm.
Trenders Agency
Karyerama Trenders Agency-də Rəqəmsal Marketinq Rəhbəri və Komanda Lideri kimi başlamışam. Burada agentliyin rəqəmsal transformasiyasına rəhbərlik etmiş, əsas fəaliyyət istiqamətlərinin qurulmasına töhfə vermişəm. Sərgilədiyim nəticələr Baş Direktorun Müavini vəzifəsinə yüksəlməyimə səbəb oldu. Bu mərhələdə agentliyin sıfırdan qurulmasına, peşəkar komandanın formalaşdırılmasına, portfelin yaradılmasına və böyük müştərilərlə uğurlu əməkdaşlıqlara rəhbərlik etmişəm.
Bu müddət ərzində Kapital Bank, TABİA Group (PMD Hospitality), PMD Group, Code Academy kimi aparıcı brendlərlə çalışmış, eyni zamanda Bank Respublika, Pasha Real Estate, Sea Breeze Real Estate kimi tanınmış təşkilatlarla uzunmüddətli tərəfdaşlıqlar qurmuşam. Bu əlaqələr bizneslərin davamlı uğur qazanmasına və strateji nəticələr əldə etməsinə kömək edib.
Dövlət Layihələri
Agentlik işindən kənarda, iri miqyaslı layihə və təşkilati idarəetmə sahəsində də geniş təcrübəm var. Azərbaycan Medianın İnkişafı Agentliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi kimi dövlət qurumları ilə əməkdaşlıq edərək Şuşa Qlobal Media Forumu və İslamofobiya Konfransı kimi beynəlxalq tədbirlərin təşkilində əsas rol oynamışam. Burada loqistika, komanda idarəçiliyi və strateji kommunikasiyalar sahəsində geniş təcrübə toplamışam.
Okee Creative Agency
Hazırda Okee Creative Agency-nin təsisçisi kimi, Azərbaycanda qabaqcıl brendinq və rəqəmsal marketinq həlləri təqdim edən bir komanda və agentlik idarə edirəm. Digitter vasitəsilə AI əsaslı marketinq, sosial media strategiyaları və reklam strategiyaları üzrə peşəkar təlim proqramları hazırlayıram, bizneslərin ölçülə bilən uğur və dayanıqlı inkişaf əldə etməsinə dəstək oluram.
Community
Mən Lənkəranda böyümüşəm və bu məkanın mədəniyyəti, insanları və təbiəti mənim üçün həmişə xüsusi olub. Ona görə də ilk regional təşəbbüsüm məhz doğulduğum yeri tanıtmaq məqsədilə başladı.
Talysh.co – Talış mədəniyyətini, irsini və dəyərlərini tanıtmaq üçün yaradılmış platformadır. Burada mədəniyyətin rəqəmsal dünyaya daşınmasını təmin edən layihələr, kontentlər və sosial təşəbbüslər həyata keçirilir. Məqsədimiz bölgənin zəngin mədəni irsini qorumaq və onu qlobal auditoriyaya tanıtmaqdır.
Beynəlxalq əməkdaşlıqlar və sosial sahibkarlıq fəaliyyətlərim çərçivəsində “Avropa İttifaqı”, “Experience Azerbaijan”, “Təzə Bazar”, “Leyne.co” və digər layihələrlə əməkdaşlıq etmişik. Bundan əlavə, sosial sahibkarlıq, icma inkişafı və mədəni turizm sahələrində müxtəlif ölkələrdə layihələr həyata keçirmişəm.
Bu sahədə əldə etdiyim təcrübə məni müxtəlif beynəlxalq konfranslara, tədbirlərə və dövlət proqramlarına dəvət olunmağa gətirib çıxarıb. Müxtəlif ölkələrdə inkişaf, sosial sahibkarlıq və mədəniyyətin biznesə inteqrasiyası ilə bağlı tədbirlərdə iştirak edərək həm öyrənmiş, həm də öz təcrübəmi bölüşmüşəm.
Mənim üçün marketinq yalnız satış və tanıtım deyil. Bu, insanları bir araya gətirmək, mədəniyyətləri yaşatmaq və dəyərləri gələcək nəsillərə ötürmək üçün güclü bir vasitədir.